Ana səhifə / Cəmiyyət / Aktrisanın uşağı tələf oldu – Direktoru məhkəməyə verir

Aktrisanın uşağı tələf oldu – Direktoru məhkəməyə verir

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova direktor İftixar Piriyevi məhkəməyə verir.

Bunu Ölke.az-a Ş.Cəbrayılova özü bildirib. Aktrisa qeyd edib ki, direktoru məhkəməyə verməsinə səbəb övladının tələf olmasıdır:
“Hamilə olduğum üçün truppa müdirinə əvvəlcədən bildirdim ki, yay qastrollarının yalnız üçündə iştirak edə biləcəyəm. Çünki həkim icazə vermir. Buna baxmayaraq, qastrollarda iştirak etdim. Amma dördüncü qastrola gedə bilmədiyim üçün xəbərim olmadan əmrimi verib, məni işdən çıxarıblar”.
Hazırda vəziyyətinin ağır olduğunu deyən aktrisa, aidiyyatı qurumlara, həmçinin məhkəməyə müraciət edəcəyini açıqlayıb. 
Mövzunu diqqətdə saxlayacağıq.

Həmçinin oxuyun

Aşıq Ramin Qarayev kamera orkestrinin müşayiəti ilə solo konsert verəcək

Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin …