Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,3 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz azalaraq 116,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1 milyon 127,5 min və ya 6,3 faiz çox sərnişin daşınıb.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …