Ana səhifə / İdman / “Barselona” Messiyə müddətsiz müqavilə təklif edib

“Barselona” Messiyə müddətsiz müqavilə təklif edib

İspaniyanın “Barselona” klubu əsas komandanın kapitanı Lionel Messiyə karyerasının sonuna qədər müqavilə təklif edib.

“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 32 yaşlı hücumçu ilə 2021-ci ilin yayına qədər olan sözləşmənin müddətini yeniləmək istəyirlər. Argentinalı forvard da dəfələrlər karyerasını “Barselona”da başa vurmaq istədiyini söyləyib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 5 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …