Ana səhifə / Dünya / Mərkəzi Bankın sədri işdən çıxarıldı

Mərkəzi Bankın sədri işdən çıxarıldı

Türkiyə Mərkəzi Bankında kadr dəyişikliyi olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Mərkəzi Bankın sədri Murad Çətinqaya işdən çıxarılıb.

Onun yerinə müavini Murad Uysal təyin edilib. Murad Uysal ilk açıqlamasında bildirib ki, müstəqil pul siyasəti davam etdiriləcək.

Qeyd edək ki, Murad Uysal 1971-ci ildə Qalatasaray liseyini, sonra İstanbul universiteti İqtisad fakültəsini bitirib. İngilis dilində təhsil alıb. Magistr təhsilini Mərmərə universitetinin bank işi və sığortaçılıq fakültəsində alıb. 1998-ci ildən bank sektorunda çalışır. 2007-2011-ci illərdə Türkiyə Xalq Bankında pul və investisiya dövrüyyələri şöbəsinin müdiri işləyib.

9 iyun 2016-cı ildən Türkiyə Respuiblikası Mərkəzi Bankının sədr müavini idi. Cebhe.info

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …