Ana səhifə / Dünya / Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi – VİDEO

Təyyarə quş sürüsünə çırpıldı, pilotun peşəkarlığı heyran etdi – VİDEO

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “SUPECET Jaguar” tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.

Ölkə.az xəbər verir ki, hadisə Ludhiana şəhərinin yaxınlığında Ambala bölgəsində hərbi bazalardan birində baş verib.

Hadisə nəticəsində təyyarənin mühərriklərindən biri dayanıb. Pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmaq məcburriyətində qalıb.

Məsələ ilə bağlı Hindistan Hərbi Hava Qüvvələrindən açıqlama verilib ki, xəsarət alan olmayıb:

“Pilotun professionallığı və sürətli düşünməsi səbəbindən təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb”.


Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …