Ana səhifə / İqtisadiyyat / Azərbaycanın mobil rabitə operatorları beş ayda 344,7 milyon manat gəlir əldə edib

Azərbaycanın mobil rabitə operatorları beş ayda 344,7 milyon manat gəlir əldə edib

2019-cu ilin yanvar-may ayıları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 822,7 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 72 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 41,9 faizi və ya 344,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Həmçinin oxuyun

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin …