Bazar ertəsi , May 20 2024
Ana səhifə / Cəmiyyət / Bakı metrosunda problem: Qatar qapısı açıq hərəkət etdi

Bakı metrosunda problem: Qatar qapısı açıq hərəkət etdi

Bu gün axşam saatlarında Bakı metrosunda qatarda problem yaranıb. 

Texniki nasazlıq səbəbindən vaqonlardan biri “28 May” stansiyasından “Gənclik” istiqamətində qapısı açıq şəkildə hərəkət edib. Növbəti stansiyada problem aradan qaldırılıb.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib. O, bildirib ki, hazırda bununla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur” – Emin Əmrullayev

Dövlət təqaüdü ilə təhsil alan azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur. Azərbaycanın Britaniyadakı Səfirliyindən “Report”a …