Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bakıda maşın qəfildən alışdı, tıxac yarandı – VİDEO

Bakıda maşın qəfildən alışdı, tıxac yarandı – VİDEO

Bakıda yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində, “Trump Tower” kimi tanınan binanın yaxınlığında baş verib.

Belə ki, yol ilə hərəkətdə olan avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri çağırılıb. Yanğın nəticəsində yolda tıxac yaranıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki dəqiq bilinmir.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …