Ana səhifə / Aktual / “Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya edilib

“Turan TV”nin əməkdaşı Almaniyadan deportasiya edilib

11 2019 [21:48]
Fransada fəaliyyət göstərən “Turan TV”nin əməkdaşı Vüqar Niftiyev Almaniyadan deportasiya edilib.

Azinforum.az “Report”a istinadən bildirir ki, sığınacaq üçün Almaniyaya müraciət edən jurnalist V.Niftiyev rədd cavabı alıb.
Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) ötən ay azərbaycanlı jurnalist haqqında deportasiya qərarı çıxarıb.
“Turan TV”də yayımlanan “Azərbayacan Saatı” verilişi üçün çalışan jurnalist ötən gün polislərin müşayiəti ilə Düsseldorf hava limanına gətirilib.
Ukraynanın paytaxtı Kiyevə yola salınan jurnalistin oradan Azərbaycana göndərilməsi gözlənilir/”Report.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …