Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / Türkiyənin müdafiə naziri Azərbaycan və Ermənistan ilə sərhəddə – FOTO

Türkiyənin müdafiə naziri Azərbaycan və Ermənistan ilə sərhəddə – FOTO

Türkiyənin Müdafiə naziri Hulusi Akar, ölkənin Silahlı Qüvvələrinin İran, Azərbaycan və Ermənistanla dövlət sərhədinin təhlükəsizliyi üçün məsul olan 5-ci Sərhəd Alayının mövqelərini yoxlayıb.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, naziri İğdırda müxtəlif qoşun növlərinin komandanları müşayiət ediblər.

H.Akar bildirib ki, İran sərhədindən terrorizm təhlükəsi gəlir. Bununla yanaşı, tez-tez sərhədi qanunsuz keçmə halları olur, o cümlədən, miqrantlar tərəfindən.

Nazirin sözlərinə görə, bu cür hərəkətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək olduqca vacibdir və Türkiyə təhlükəsizliyinin təmin olunması məqsədilə hər şeyi etməyə hazırdır: “Türkiyənin sərhədləri xalqın şərəfidir”.

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …