Ana səhifə / Araşdırma / On min dollar götürmək üçün iki min “şapka” verdi və evi əldən getdi – VİDEO

On min dollar götürmək üçün iki min “şapka” verdi və evi əldən getdi – VİDEO

Sumqayıt şəhər sakini İsmayılov Rəhim Mirzə oğlu “Finoko” Bank olmayan Kredit Təşkilkatı Açıq Səhmdar Cəmiyyətindən 2015- ci ilin dekabrın 15-də götürdüyü 10.000 (on min dollar) kreditə görə evini itirib. Belə ki, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən dollar kreditləri ilə bağlı müvafiq sərəncamı İsmayılov Rəhim Mirzə oğluna şamil olunsa da? “Finoko” ASC tərəfindən borclunun evi xəbəri olmadan satışa çıxarılaraq ASC-nin balansına keçirilib. Reportyor.tv ASC-nin nümayəndəsi ilə əlaqə saxlayıb. Bildirildi ki, “Finoko” ASC- öz işini qanuni görüb. Maraqlıdır, bəs məhkəmədə borclu olan şəxs İsmayılov Rəhim bildirəndə ki, “mən banka qalan borcumu bağlamaq istəyirəm”, onda Bank nümayəndələri niyə razılaşmayıblar?  Qeyd edək ki, Cənab Prezidentin fəaliyyətinə xitam verdiyi hakim İlyas Mahmudov vətəndaşı dinləmədən, məhkəməyə dəvət etmədən, şikayətçiyə məxsus olan evin “Finoko”-nun balansına keçməsi üçün qətnamə çıxarıb.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …