Ana səhifə / Siyasət / Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdi – FOTOLAR

Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdi – FOTOLAR

Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.

Azinforum.az -ın məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir. 

Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropaölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar. 

Aksiyada “Cənab Prezident, Avropaya xoş gəlmişsiniz”, “Cənab Prezident, Sizi salamlayırıq” və bu kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər. 

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər. 

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …