Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İdman / Bakıda finalı bu hakimlər idarə edəcək – ADLAR

Bakıda finalı bu hakimlər idarə edəcək – ADLAR

Bakıda “Arsenal” və “Çelsi” arasında keçiriləcək Avropa Liqasının final oyununun hakimləri bəlli olub.
Qarşılaşmanı italiyalı referi Canluka Rokki idarə edəcək.
48 yaşlı italiyalı 2008-ci ildən beynəlxalq oyunları idarə edir.
Yan hakimlər Filippo Meli və Lorenso Mnaqanelli, ehtiyat hakim – Daniele Orsato, videoköməkçi hakim isə Massimiliano İrratidir (hamısı İtaliya).
Qeyd edək ki, final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Qarşılaşma saat 23:00-da başlayacaq.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …