Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Sumqayıtda tikinti şirkəti körpə fidanlara qıydı – “Əmioğulları-4” MMC prokurorluğa verildi

Sumqayıtda tikinti şirkəti körpə fidanlara qıydı – “Əmioğulları-4” MMC prokurorluğa verildi

DİA.AZ: – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri Dənizkənarı bulvar ərazisində köküstə yaş 7 şam ağacının kəsildiyi aşkar edilib.

DİA.AZ-a ETSN-dən verilən məlumata görə, araşdırma zamanı ağacların “Əmioğulları-4” MMC tərəfindən yaşayış binasının tikintisi ilə bağlı aparılan qazıntı işləri zamanı kəsildiyi müəyyən olunub.

Faktla bağlı MMC barəsində akt tərtib olunub və təbiətə 4740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …