Ana səhifə / Sosial / Müsavatın 2 namizədi partiyanın qərarına tabe olmaqdan imtina etdi

Müsavatın 2 namizədi partiyanın qərarına tabe olmaqdan imtina etdi

Müsavatın 2 namizədi partiyanın qərarına tabe olmaqdan imtina etdi
“Müsavat Partiyasının seçki ilə bağlı qərarına hörmətlə yanaşıram, lakin noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak edəcəm”.
Report-un xəbərinə görə, bunu Müsavat Partiyasının təşəbbüsü ilə 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İltizam Əkbərli deyib.
O bildirib ki, hazırda seçkiqabağı təşviqat kampaniyasını davam etdirir.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bildirib ki, Müsavatın seçki ilə bağlı qərarına tabe olmayan partiyanın deputatlığa namizədləri ilə bağlı müzakirə aparılacaq və qərar veriləcək. “Müsavat Partiyası noyabrın 1-nə təyin edilən parlament seçkilərində iştirakdan imtina edib və deputatlığa namizədlərini geri çağırıb”, – G.Aslanlı xatırladıb.
Müsavat Partiyasının Məclis üzvü, partiyanın təşəbbüsü ilə 115 saylı Şəki Kənd İkinci Seçki Dairəsindən deputatlığa namizədliyi irəli sürülən İkram İsrafil də seçki dairəsi ərazisində görüşlərini davam etdirir. Lakin o, məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …

Bir cavab yazın