Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / “Traktorsazi”nin oyununda qarşıdurma: çox sayda yaralı var (VİDEO)

“Traktorsazi”nin oyununda qarşıdurma: çox sayda yaralı var (VİDEO)

İran çempionatında XXVI turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, “Traktorsazi” bu turda Tehranın “Peykan” klubunu qəbul edib. Qarşılaşma qonaq komadanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun zamanı azarkeşlərlə polis arasında qarşıdurma baş verib. Buna səbəb hakimi açıq-aşkar “Traktorsazi”yə qarşı qərəz nümayiş etdirməsi olub. Referi Təbriz klubunun 3 penaltisini verməyib. 
Polis azarkeşlərə qarşı güc tətbiq edib, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib. Nəticədə çox sayda “Traktorsazi” azarkeşi xəsarət alıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Traktorsazi” 49 xalla 4-cü pilləyə düşüb. Təbriz klubu lider “Persepolis”dən 6 xal geri qalır. 2-ci pillədəki “İstiqlal”ın (Tehran) və “Sepahan”ın 50 xalı var.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …