Ana səhifə / İqtisadiyyat / Sığortaçılar üçün attestasiya keçiriləcək

Sığortaçılar üçün attestasiya keçiriləcək

Müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün aprelin 16-da attestasiya keçiriləcək.

Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 83.4-cü maddəsinə və “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunurlar.

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

Həmçinin oxuyun

Yumurta kəskin ucuzlaşdı: Bəs toyuq əti?

Hazırda satış məntəqələrində süfrə yumurtasının qiyməti 9 qəpikdir. Əvvəlki aylarla müqayisə etsək, yumurtanın qiyməti 20 …