Çərşənbə , May 8 2024
Ana səhifə / Dünya / Ukraynada qiyam başladı – Odessa qubernatoru prezidentə tabe olmur…

Ukraynada qiyam başladı – Odessa qubernatoru prezidentə tabe olmur…

Dünən Ukrayna prezidenti Petro Poroşenko Odessa vilayətinin qubernatoru Maksim Stepanovun işdən çıxarılması barədə əmr imzalayıb.
REN TV-nin məlumatına görə, qubernator postunu tərk etmək istəməyib və prezidentin fərmanını əsassız hesab edib.
Maksim Stepanov brifinq zamanı jurnalistlərə bildirib ki, Poroşenkonun əmrinə tabe olmayacaq və vəzifəsinin icrasına davam edəcək.
Qubernatorun sözlərinə görə, Poroşenko ondan istefa ərizəsi yazmasını istəyib:
“Poroşenkonun əmri ölkə qanunvericiliyinə uyğun deyil, yalnız Ali Rada qərar çıxararsa, mən qubernator postunu tərk edəcəm”.
Ölkə KİV-ləri qubernatorun bəyanatını dövlət başçısına qiyam kimi qiymətləndirib./Musavat.com/

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …