Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda problemli kreditlər yenidən artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 574,7 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3%, yanvarın 1-nə nisbətən 0,65%, ötən il martın 1-i ilə müqayisədə isə 7,4% azdır.

Fevralın sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 12,1% təşkil edib. Bu nisbət yanvarın sonuna və ötən ilin sonuna 12,2%, ötən ilin fevralın sonuna isə 14,7% olub.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …