Ana səhifə / Sosial / Qobustanda heyvanlar kütləvi şəkildə ölür (VİDEO)

Qobustanda heyvanlar kütləvi şəkildə ölür (VİDEO)

Qobustan rayonunun Poladlı kəndində son bir həftədə 10-dan çox yeni doğulmuş quzu və buzov tələf olub.

Oxu.Az-ın məlumatına görə, xəstəliyin ötən ilin dekabr ayından müşahidə olunduğu bildirilir.

Belə ki, kənd sakini Araz Rüstəmovun təsərrüfatında baş verən ölüm halları artıb. Rayon Baytarlıq İdarəsinin həkimləri tərəfindən heyvanlara baxış keçirilib. Xəstə heyvanlardan götürülən nümunələr Dövlət Baytarlıq Xidmətinin Şamaxı şəhərində yerləşən laboratoriyasına göndərilib.
Məlum olub ki, heyvanların kütləvi ölmünə səbəb paratif xəstəliyidir. Bu zaman heyvanlarda  qızdırma, titrəmə, ishal kimi hallar müşahidə olunur. Xəstəlik qısa zamanda ölümlə nəticələnir.
A.Rüstəmovun sözlərinə görə, heyvanların müalicəsi üçün baytarın məsləhəti ilə alınan dərman xəstəliyə çarə olmayıb.
Xəstəliyin müalicəsi üçün lazım olan vaksinin apteklərdə olmaması sahibkarın çarəsiz qalmasına səbəb olub. Hazırda heyvanların kütləvi ölümü davam edir. Son üç ayda 65-dən çox yeni doğulmuş iri və xırda buynuzlu heyvan ölüb.
Heyvan sahibi isə yoluxucu xəstəliyin bütün kəndə yayılmasından narahatdır. Xəstəliyin qarşısının alması üçün sahibkar aidiyyəti qurumlardan kömək gözləyir. 

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …