Ana səhifə / Cəmiyyət / Bakıdan Ankaraya gedən qatarı bəy-gəlin qarşıladı – FOTOLAR

Bakıdan Ankaraya gedən qatarı bəy-gəlin qarşıladı – FOTOLAR

İsveçdə Azərbaycan üçün istehsal olunan sərnişin qatarı Marmaraydan keçərək Qarsa çatıb. Türkiyə KİV-nin yazdığına görə, qatarın ilk gəlişi olduğundan onu təntənəli şəkildə qarşılayıblar. Qarşılayanlar arasında yeni evlənən bəy və gəlin də olub.

Qarlı gündə Qarsa çatan qatarın tarixi günündən xatirə saxlamaq istəyən Qasım-Gülsüm Sait cütlüyü şəkil çəkdirmək üçün dəmiryol stansiyasına gəliblər. Qatarın içərisini gəzən cütlük Bakını görmək arzusunda olduqlarını, ilk fürsətdə Bakıya gələcəklərini deyiblər.

Qeyd edək ki, Azərbaycanın sifarişi ilə İsveçrədə istehsal edilən xüsusi sərnişin qatarının Avropa və Asiya arasında – Pekindən Londona qədər fasiləsiz hərəkət etməsi planlaşdırılır. Qatar Gürcüstandan keçməklə Bakıdan Ankaraya hərəkət edəcək. Virtualaz.org


Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …