Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Bakıda təbii qaz verilişinin dayandırılma səbəbi – Açıqlama

Bakıda təbii qaz verilişinin dayandırılma səbəbi – Açıqlama

Bakının bir çox rayonlarında gecədən etibarən təbii qazın verilişi dayandırılıb. Bu barədə sosial şəbəkələrdə də xeyli şikayətlər yazılıb.

“Azəriqaz”İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Musavat.com-a bildirib ki, təbii qazın verilməsində yaşanan problem, kəmərlərin birində axşam saatlarında baş verən qəza ilə bağlıdır:

“Gecə saat 1 radələrində “Qaradağ-Digah” magistral qaz kəmərində qəza baş verdi. Dərhal qaz kəmərinin bərpası istiqamətində işlər başladı. Saat 7 radələrində işlər başa çatdı. Lakin təhlükəsizlik baxımından təbii qazın verilişi zaat 9:00-dan bərpa olunub”.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …