Ana səhifə / Cəmiyyət / Almaniya Azərbaycana diri heyvan satışını dayandıra bilər

Almaniya Azərbaycana diri heyvan satışını dayandıra bilər

Almaniyanın Şlezviq-Holşteyn (Schleswig-Holstein) Federal Əyaləti Türkiyə, Yəmən, Liviya, Mərakeş, Əlcəzair, Azərbaycan, Suriya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrə diri heyvan satışını dayandıra bilər.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən AzEuroNews.com-a daxil olan məlumatda deyilir ki, buna əsas kimi Azərbaycan da daxil olmaqla həmin ölkələrdə heyvan hüquqlarının pozulması göstərilir. Şlezviq-Holşteyn Federal Əyalətində müəyyən edilmiş qaydalara görə, heyvanlar daşınarkən maksimum 29 saatdan bir nəqliyyat vasitəsindən endirilməli, gəzintiyə çıxarılmalı, onlara su və yemək verilməlidir. Şlezviq-Holşteyn hökumətinin bildirdiyinə əsasən, adıçəkilən ölkələr aldıqları heyvanlara qarşı bu qaydaları pozur, onların dincəlmək, yemək, su və içmək rejiminə riayət etmirlər.
Məlumatda qeyd olunur ki, son illərdə mal-qaranın daşınması zamanı onların havasızlıqdan boğularaq tələf olma halları da artıb.

Həmçinin oxuyun

“Yazıq gəlinimi erməni elan etmişdilər” – Elmar Məmmədyarov

“Hakim partiyaya üzv olmamağımın hər hansı səbəbi yox idi. Xarici işlər və müdafiə naziri bitərəf …