Ana səhifə / Siyasət / Valyuta dəyişmə ilə məşğul olan şəxsin meyiti su kanalında tapılıb – Yenilənib

Valyuta dəyişmə ilə məşğul olan şəxsin meyiti su kanalında tapılıb – Yenilənib

Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspetriza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsindən APA-ya bildiirlib ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Mərhumun 6 gün əvvəl öldüyü müəyyənləşib. İlkin ehtimala görə, ölümün səbəbi suda boğulmadır.

Hadisənin qəsd və ya intihar olması araşdırılır.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Xatırladaq ki, bundan öncə də həmin ərazidə xarici valyutanın alqı-satqısı ilə məşğul olan iki nəfər müəmmalı şəkildə yoxa çıxıb. Rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatda olan 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun isə 2015-ci il mayın 27-də itkin düşüb.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın