Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / İdxal-ixrac əməliyyatları optimallaşdırılır

İdxal-ixrac əməliyyatları optimallaşdırılır

İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında ticarətin asanlaşdırılması barədə Anlaşma Memorandumu imzalanıb.

Sənədi bu gün “Azərbaycan Respublikasının regionlarının 2014-2018 -ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans çərçivəsində iqtisadiyyat naziri Şahin Mustafayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.
Sənəddə ticarətin asanlaşdırılması istiqamətində birgə tədbirlərin görülməsi, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, xarici ticarət iştirakçılarına əlverişli biznes mühitinin yaradılması, idxal-ixrac əməliyyatlarının optimallaşdırılması və digər sahələr üzrə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …