Ana səhifə / Kriminal / Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb

Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb

Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib.

Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: “Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …