“Şəhid övladları və kimsəsiz uşaqlara yardım” ictimai birliyinin təşkilatçılığı ilə şəhid uşaqları üçün bayram şənliyi təşkil edilib.
Moderator.az xəbər verir ki, bu haqda təşkilatın sədri, aprel döyüşlərində şəhid olan pilotumuz mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə məlumat verib: “Bizim üçün hər bir şəhid övladı əzizdir və ona görə də bu şənliyi onlar üçün təşkil etdik. İstədik ki, onlar zamanında yaşaya bilmədiklərini ən azından indi yaşasınlar”.