Ana səhifə / Kriminal / Mobil operatorlar nə qədər qazanır?

Mobil operatorlar nə qədər qazanır?

Bu ilin ötən 9 ayı ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1 mlrd. 216,6 mln. manatlıq xidmət göstərib.

Azinforum.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun da 72,7%-i əhali sektoruna aid olub.

Komitədən bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin həcmi 8,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Bundan başqa, komitədən qeyd edilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 54%-i və ya 657,5 mln. manatı mobil telefon rabitəsindən yaranıb.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …

Bir cavab yazın