Ana səhifə / Kriminal / Azərbaycanlı milyonçu sevgilisini küçənin ortasında vəhşicəsinə döydü – VİDEO

Azərbaycanlı milyonçu sevgilisini küçənin ortasında vəhşicəsinə döydü – VİDEO

Milyonçu Ziyafət Kərimovun qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı Mariya Syaçinanı döyməsinin görüntüləri yayılıb.
Azinforum.az  A24.Az-a istinadən xəbər verir ki, görüntülər “Rossiya 1” telekanalında, Andrey Malaxovun aparıcısı olduğu “Pryamoy efir”də nümayiş etdirilib. Hadisə ötən ilin fevralında baş versə də, görüntülər bir neçə gün əvvəl ortaya çıxıb. Ailəli olmasına baxmayaraq, Mariya ilə qeyri-rəsmi nikahda yaşayan Kərimov onu sahibi olduğu restoranına qarşısında qəfildən təpikləməyə və üzünə ağır zərbələr endirməyə başlayıb. Verilişə gələn qadın baş verənlərdən sonra polisə şikayət etmədiyini, hətta onu bağışladığını bildirib. Yeni sevgilisi ilə verilişə gələn qadın Kərimov tərəfindən dəfələrlə döyüldüyünü, hazırda da həyatı üçün təhlükənin olduğunu vurğulayıb.
Onun sevgilisi də Kərimovun onun üçün də təhlükə olduğunu vurğulayıb.
Qeyd edək ki, Ziyafət Kərimovun milliyətcə azərbaycanlı olduğunu iddia olunur.

Həmçinin oxuyun

Aqil Əliyevin oğlu Tibb Universitetinin professorunu məhkəməyə verdi 

Tibb Universitetinin professoru Şahbazov Şahbaz Qara oğlu barəsində məhkəmə iddiası qaldırılıb.Məhkəmə iddiası mərhum akademik Aqil …