Ana səhifə / Kriminal / Şəkidə dəhşətli yol qəzası, sürücü öldü, 5 nəfər ağır yaralandı

Şəkidə dəhşətli yol qəzası, sürücü öldü, 5 nəfər ağır yaralandı

Şəkidə ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi “Chevrolet Niva” markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.

 

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Həmçinin oxuyun

Beynəlxalq Bankın keçmiş rəhbərinin həbsdə aclığa başlayıb

15 ilə yaxın Beynəlxalq Banka rəhbərlik etmiş, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyevin aclıq …