Ana səhifə / Dünya / Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb.

Virtualaz.org “TAG-24” agentliyinə istinadən xəbər verir ki, cinayətkar iki həmyerlisini – 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam edib.

Bundan sonra cinayətkar qonaqlarını tək qoyub və bir müddət sonra əlində blçaqla hadisə yerinə qayıdıb. O, Koburq meydanında qadını bıçaqlayıb və rəfiqəsini müdafiə etməyə malışan kişini əlindən yaralayıb.

Azırbaycanlı qadın ağır vıziyyətdə xəstəxanaya çatdırılıb, indi onun həyatı təhlükə altında deyil.

Türingiya polisi cinayıtkarı saxlayıb. Nə onun özünün, nə də qurbanlarının adları açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.

Həmçinin oxuyun

Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşdü (FOTO)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səkkiz illik fasilədən sonra ilk dəfə CHP lideri Özgür Özel …