Ana səhifə / Sosial / Bakıda marşrut xətt avtobuslarının sayı azaldılacaq

Bakıda marşrut xətt avtobuslarının sayı azaldılacaq

“Paytaxtda marşrut xətt avtobuslarının sayı azaldılacaq”.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

“Paytaxtda bir çox marşrut xətləri təkrarlanır ki, bu da ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazla işləyən, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulur. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir qədər çox avtobus sıxılmış təbii qazla işləyəcək. Hər il mərhələli şəkildə avtobus parkını yeniləməyə davam edəcəyik. Mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Biz bunları 3 il ərzində reallaşdırmağı planlaşdırırıq. Bizim istəyimiz vətəndaşın rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Edə bilmirsə, deməli, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Buna heç bir şübhəniz olmasın” — deyə Vüsal Kərimli bildirib.

Həmçinin oxuyun

İmtahanda 62 bal toplayan müəllim BŞTİ-nin müdir müavinindən şikayətçidir

2023-cü ildə Bakı üzrə keçirilən direktor müavinlərinin işə qəbulu imtahanında 62 bal toplayan informatika müəllimi …