Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / İlqar Məmmədovla Tofiq Yaqublunun işi Ali Məhkəmədə

İlqar Məmmədovla Tofiq Yaqublunun işi Ali Məhkəmədə

REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. Proses oktyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, onların kassasiya şikayəti üzrə məhkəmə prosesi yanvarın 13-də başlayıb. Lakin həmin vaxt hakimlər işlə tanış olmaq üçün prosesi təxirə salıblar.

Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub.

Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …

Bir cavab yazın