Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Dünya / Məhkəmə qaçqına «badalaq» vuran jurnalistə bəraət verib!

Məhkəmə qaçqına «badalaq» vuran jurnalistə bəraət verib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məhkəmə macar qadın jurnalist Petra Lasloya qarşı qaldırılmış işi bağlayıb.

Xatırladaq ki, 2015-ci ildə qucağında körpə uşaq tutmuş qaçqın polisdən qaçarkən, ərazidə dayanmış Petra Laslo badalaq vuraraq, onu yerə yıxmışdı.

Eyni zamanda, məhkəmə jurnalistin hərəkətini yolverilməz və mənəvi qınaq obyekti elan edib.

Bubarədə «Daily News Hungary» nəşri yazıb.

Macarıstan Ali məhkəməsi bu işi «iddia müddəti keçdiyinə görə» bağlayıb.

Jurnalistin badalaq vurub yıxdığı suriyalı qaçqın sonradan İspaniyanın futbol məktəblərinin birində işlə təmin olunub.

Bu da oldu «Avropa dəyəri»…

Həmçinin oxuyun

HƏMAS İsrailin atəşkəs təklifinə razılıq verib

HƏMAS terror təşkilatı İsraillə ötən ilin oktyabrın 7-dən bəri Qəzza zolağında aparılan müharibədə atəşkəsə razılıq …