Ana səhifə / Aktual / Əsirlikdən azad edilən jurnalist türk xalqına və Ərdoğana təşəkkür etdi- FOTOLAR

Əsirlikdən azad edilən jurnalist türk xalqına və Ərdoğana təşəkkür etdi- FOTOLAR

Suriyada terrorçulardan xilas edilən jurnalist ölkəsinə qaytarıldı.
Moderator.azxəbər verir ki, 2015-ci ildə Suriyadakı prosesləri izləmək üçün ölkəya daxil olan yapon jurnalist Jupmei Yasuda həmin vaxtı terrorçulara əsir düşüb. Üç il əsirlikdə qalan jurnalist Türkiyənin Milli Kəşfiyyat İdarəsinin uğurlu əməliyyatı nəticəsində terrorçulardan azad edilərək İstanbula gətirilib.
İstanbul Atatürk Hava Limanından ölkəsinə qayıdarkən o, Sənaye və Texnologiya naziri Mustafa Varankla görüşüb. Jurnalist onu azad etdikləri üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edib. Sonda o, nazirlə xatirə şəkili çəkdirib.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …