Ana səhifə / İdman / “Qarabağ” – “Vorskla” oyununu israilli hakimlər idarə edəcək

“Qarabağ” – “Vorskla” oyununu israilli hakimlər idarə edəcək

“Qarabağ” – “Vorskla” oyununun hakimləri açıqlanıb.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 25-də, saat 20:55-də Bakı Olimpiya Stadionunda başlayacaq “Qarabağ” – “Vorskla” (Ukrayna) oyununu israilli hakimlər idarə edəcək.

Matçın baş hakimi Roy Raynşrayber, baş hakimin köməkçiləri Danni Krasikou, David Elias Bitton, dördüncü hakim Amihay Yehoşua Mozes, əlavə köməkçi hakimlər Alon Yefet, Daniel Bar Natan olacaq.

Sergey Zuev (Rusiya) hakim-inspektor, Kazimyerz Olesjek (Polşa) isə UEFA nümayəndəsi təyin olunub.

Həmçinin oxuyun

Elcan Hacıyev Avropa çempionu oldu

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 …