Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / “WhatsApp”ın qurucusu: “İstifadəçilərin məlumatlarını satdım”

“WhatsApp”ın qurucusu: “İstifadəçilərin məlumatlarını satdım”

“WhatsApp” sosail şəbəkəsinin yaradıcılarından olan Brayn Aktn sosial şəbəkəni “Facebook”a satmasından danışıb.
IT mütəxəssisi şirkətlə birlikdə istifadəçilərin məlumatlarını satdığını bildirib:
“O gün şirkətlə birlikdə həm də istifadəçilərin məlumatlarını satdım, bu qərarın hər gün yaratdığı yüklə yaşayıram”.
2009-cu ildə yaradılmış “WhatsApp”ın qurucularından olan Aktn 2014-cü ildə sosial şəbəkəni “Facebook”a 19 milyard dollar qarşılığında satıb.
Qeyd edək ki, bir müddət əvvəl “Facebook”un istifadəçi məlumatlarını “Cambridge Analytica” şirkətinə satması barədə informasiya yayılmış və bu, böyük səs-küyə səbəb olmuşdu. Brayn Aktn o dövrdə “#DeleteFacebook” (“Facebook”u sil) kampaniyasına dəstək vermişdi.(Qaynarinfo)

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …