Ana səhifə / Siyasət / Əliyevlə Paşinyan ayaqüstü söhbətləşdilər – İlk dəfə+ Video

Əliyevlə Paşinyan ayaqüstü söhbətləşdilər – İlk dəfə+ Video

MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbədə rəsmi səfərdə olan prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan söhbətləşiblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə erməni baş nazir özünün feysbuk hesabında yazıb. Qısa çəkən söhbətin detallarına gəlincə Paşinyan bildirib ki, dialoqun təfərrüatı barədə İrəvana qayıtdıqdan sonra məlumat verəcək.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə xatirə şəkli çəkilən zaman Paşinyanın Azərbaycan lideri ilə yanaşı durduğu, daha sonra onunla ayaqüstü söhbətləşdiyi əks olunub.

Qeyd edək ki, bu, İlham Əliyevlə Paşinyan arasındakı ilk söhbətləşmədir. Daha əvvəl erməni baş nazir bildirmişdi ki, Moskvada futbol üzrə Dünya Çempionatı zamanı Rusiya lideri Vladimir Putin onları tanış edib.

 

 

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …