Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Bakcell “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu

Bakcell “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” sentyabrın 26-da Odlar YurduUniversitetində “Karyerada ilk addım” devizi altında təşkil edilmiş aktiv məşğulluq tədbirinə qatılıb.

Aktiv məşğulluq tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına uğurlu inteqrasiyası üçün mütəmadi olaraq keçirilir.

Məşğulluq tədbirində 50-dən çox işəgötürən müəssisə və təşkilat iştirak edib. Tədbir zamanı iştirakçılara Bakcell şirkətinin satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları təqdim olunub. Şirkətin nümayəndələri tələbə və məzunlarla müsahibələr keçirib. Tədbirdə quraşdırılmış Bakcell stendi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən Bakcell şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət ADA Universiteti, Qərbi Kaspi Universiteti, ADNSU və ADAU-nun keçirdiyi karyera sərgilərində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.

Bakcell şirkətinclərin təhsil almasına və karyera  qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …