Ana səhifə / İqtisadiyyat / Bakıda kirayə mənzil bazarında qiymətlər bahalaşıb – VİDEO

Bakıda kirayə mənzil bazarında qiymətlər bahalaşıb – VİDEO

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib. Kirayə mənzil axtaranlar deyir ki, büdcəsinə uyğun mənzil tapa bilmirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər.

Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.

Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.

Həmçinin oxuyun

Elm və Təhsil Nazirliyi tender keçirmədən bu şirkətə 3,4 milyon ayıracaq

Elm və Təhsil Nazirliyi “Edumedia-Azərbaycan” MMC (VÖEN – 1401897631) ilə 3 satınalma müqaviləsi imzalayıb.Yeniavaz.com xəbər verir …