Ana səhifə / Cəmiyyət / Ziya Məmmədovun bacısı da işdən çıxarıldı

Ziya Məmmədovun bacısı da işdən çıxarıldı

Nəqliyyat naziri Ziya Məmmədov daha bir zərbə alıb. İstiqlal.az saytına daxil olan məlumata görə, nazirin bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova tutduğu vəzifədən azad edilib.

Məhbubə Məmmədovanın işdən çıxarılması təhsil naziri Mikayıl Cabbarovun özfəaliyyəti ola bilməz.

Məlumata görə, bu barədə tapşırıq “yuxarılar”dan gəlib və Məhbubə Məmmədovanın işdən çıxarılması Ziya Məmmədovun “vurulması” prosesinin tərkib hissəsidir. Bundan əvvəl isə Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb, taksilərə lisenziya verilməsi ASAN xidmətə tapşırılıb, yaxın vaxtlarda “Azəryolservis”lə də bağlı analoji addım atılacaq.

Bəzi məlumatlara görə, parlament seçkilərindən sonra ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək, onun yerdə qalan səlahiyyəti İqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək. Bundan başqa Ziya Məmmədovun oğlu Anar Əliyevin ölkədən qaçdığı bildirilir. Nazirin qardaşı Elton Məmmədovla, qardaşının qudası Tənzilə Rüstəmxanlı isə parlament seçkilərindən kənarda qoyulub.

Həmçinin oxuyun

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini …

Bir cavab yazın