Cümə axşamı , May 9 2024
Ana səhifə / Dünya / Dünyanın ən bahalı avtomobili: qiyməti 17,5 milyon dollardır (FOTO)

Dünyanın ən bahalı avtomobili: qiyməti 17,5 milyon dollardır (FOTO)

“Pagani” şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, “Pagani Zonda HP Bachetta” adlı modeldən cəmi 3 ədəd istehsal olunacaq və 17,5 milyon dollara satışa çıxarılacaq.
Avtomobil 789 at gücündə olub, 6.0 litrlik ikiqat turbo V12 motoruna və 6 ötürücülü mexanika sürət qutusuna sahib olacaq. İdman avtomobili 100 km/saat sürəti 3,1 saniyədə yığacaq. Maksimum sürəti isə 335 km/saat olacaq.
Qeyd edək ki, hazırda dünyanın ən bahalı avtomobili ötən il satışa çıxarılan “Rolls-Royce Sweptail” avtomobilidir. Avtomobilin qiyməti 13 milyon dollardır.

Həmçinin oxuyun

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma hadisəsi meydana gəlib. AzVision.az xəbər verir ki, hadisə ilə bağlı Qırğızıstanın …