Çərşənbə , May 8 2024
Ana səhifə / Bölgələr / “Mən nə qəzet oxuyuram, nə də sayt” – Qubanın icra başçısından ilginc açıqlama

“Mən nə qəzet oxuyuram, nə də sayt” – Qubanın icra başçısından ilginc açıqlama

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev”Quba Palace Hotel”də baş verən kanat qəzasına qəribə reaksiya verib.
Azinforum.az  xəbər verir ki, icra başçısı Bizimyol.info-ya açıqlamasında qəzet və sayt oxumadığını bildirib.
“Siz bu haqda məlumat almaq istəyirsiniz? Mən nə qəzet oxuyuram, nə də sayt. Qısası budur…Qardaş, mən qəzet oxumuram. Nə baş verirsə mən də camaat kimi televiziyadan məlumat alıram”, – deyə icra başçısı bildirib.
Jurnalist bir daha Qubada kanatda baş verən hadisəni xatırladaraq “Bu barədə məlumatlısınızmı, hadisə hansı səbəbdən baş verib” sualına icra başçısı “aha…aha…” deyə cavab verib, daha sonra isə dəstəyi asıb.

Həmçinin oxuyun

10 gündür evdən qaçan 18 yaşlı gəncin atası danışdı – Video

Cəlilabadın Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev aprelin 27-də yaşadığı evi tərk edib və …