Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Seyid Camal Əzimbəylinin televiziya layihəsinə start verildi

Seyid Camal Əzimbəylinin televiziya layihəsinə start verildi

“Space TV”də tanınmış şərqşünas Seyid Camal Əzimbəylinin idea müəllifi və aparıcısı olduğu “İnam” verilişinin yayımına start verilib.

C.Əzimbəylinin 525.az-a verdiyi açıqlamaya görə, “İnam” hər cümə saat 23:00-da “Space TV”də canlı yayımlanacaq.

Verilişdə dini-mənəvi mövzularda tamaşaçıları maraqlandıran suallar canlı yayımda ekspertlər tərəfindən cavablandırılır.

İlk veriliş 25 sentyabrda baş tutub və izləyicilər Qurban bayramı və Həcc ilə bağlı çoxsaylı suallarını canlı efir vasitəsilə səsləndiriblər.

Seyid Camal Əzimbəylinin sözlərinə görə, “İnam” verilişi dövlətimizin dini mühitdə apardığı uğurlu tolerant maarifləndirmə işinə əlavə bir dəstək olacaq:

“Biz Azərbaycan gənclərinin milli və mənəvi baxımdan yad düşüncələrin təsiri altına düşmələrini əngəlləmək istiqamətində bu yola çıxmışıq.

Qloballaşan dünyada Azərbaycan dövlətinin milli maraqlarına xidmətin əhəmiyyətini insanlarımıza, xüsusilə də inanclı cavanlarımıza düzgün, elmi formada təbliğ etmək niyyətindəyik”.

Həmçinin oxuyun

Etibar Məmmədov deputatlığa namizəd olacaq? – Açıqlama 

“Parlament seçkilərinin zamanında, yaxud növbədənkənar keçirilməsindən asılı olmayaraq, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bu seçkilərdə …

Bir cavab yazın