Ana səhifə / Cəmiyyət / Süleyman Mikayılov – 42 yaşında BDU-nun məzunu olan icra başçısı

Süleyman Mikayılov – 42 yaşında BDU-nun məzunu olan icra başçısı

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun həyat yolu ilə bağlı saytlarda maraqlı iddialar yayılıb.

Azinforum.az Azerinews.tv -yə istinadən xəbər verir ki, keçmişdə boksla məşğul olan S.Mikayılov icra başçısı olana qədər ancaq biznes fəaliyyəti ilə məşğul olub və birdən-birə icra başçısı təyin edilib:

“Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hər halda əlimizdə olan rəsmi tərcümeyi-halda belə yazılır. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə «perevod» alaraq BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib. 42 yaşında BDU-nun məzunu olan icra başçısı tərcümeyi-halına hətta bir zamanlar elmlər namizədi adı da yazdırmaq istəyib. Laki onun bu arzusu hələ də gerçəkləşməyib…”.

Digər saytlarda da tirajlanan bu iddialarla bağlı qarşı tərəfdən mövqe öyrənmək cəhdimiz alınmadı. S.Mikayılovu da dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın