Ana səhifə / Aktual / Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər – Qaraşov işsiz qalmayacaq

Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər – Qaraşov işsiz qalmayacaq

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı yaxın günlərdə qərar verilə bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Qaraşovun Bakıya – Hacıbala Abutalıbovun yerinə mer təyin olunacağı haqda informasiyalar yayılmışdı. Amma sonradan DİA.AZ-a məlumatla bağlı açıqlamasını yollayan sözügedən RİH sözçüsü yayılmış xəbəri təkzib etdi.

DİA.AZ-a son olaraq daxil olan informasiyalardan isə aydın olur ki, Taleh Qaraşov həqiqətən də Lənkəranda çox oturmayacaq. Mənbənin dedikləri:

“Yaxın vaxtlarda qərar rəsmən elan olunacaq. Lənkərana yeni başçı gətirilir. Taleh Qaraşov isə mütləq yeni təyinatla mükafatlandırılacaq. Onun hansı posta təyin olunacağı dəqiqləşdirilir”.

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …