Ana səhifə / Sosial / Xətai rayonunda ağacları belə məhv edirlər – FOTOLAR

Xətai rayonunda ağacları belə məhv edirlər – FOTOLAR

Bakının Xətai rayonunda ağaclara qarşı soyqırım davam edir.
Mia.az bildirir ki, bu barədə Feysbuk-da jurnalistlər yeni fotolar paylaşıblar.
Bildirilib ki,  rayonun Telnov küçəsində hündür, yaşıl ağacları kökündən kəsib, doğrayırlar:
“Maraqlıdır, qəssablar iş başında olsa da,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri hadisə yerinə getməyiblər. Niyə? Axı burada ağacları məhv edirlər”.
Məlumatda qeyd edilib ki, sakinlərin etirazına məhəl qoyan yoxdur.
Məsələ ilə bağlı nazirliyi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

TƏBİB sədri həkimlərin maaşından danışdı – Video

Baku TV-də yayımlanan “Rəsmi cavab” verilişinin yeni buraxılışı yayımlanıb. Verilişin budəfəki sayının qonağı TƏBİB-in İcraçı …