Ana səhifə / Dünya / Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib

Türkiyənin baş naziri kreslosunu hərraca çıxardacağına söz verib

Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə keçirilən prezident və parlament seçkilərindən sonra vəzifəsi ləğv olunacağından, zarafatca öz kreslosunu hərraca çıxardacağına vəd verib.

“Report” xəbər verir ki, bunu o, İzmir şəhərində səs verərkən bildirib.

“Türkiyə yeni üfüqlərə doğru yolunu davam etdirəcək….Mənim kreslom isə məndə qalacaq. Mən onu hərraca çıxardacağam”, — deyə NTV telekanalı hökumət başçısının sözlərini sitat gətirib.

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. Prezident postuna 6 namizəd iddialıdır.

Həmçinin oxuyun

Meral Akşeneri o əvəz etdi – FOTO

Türkiyədə müxalifətdə olan “İYİ” Partiyanın yeni sədri məlum olub. Belə ki, pariyanın bu gün keçirilən …