Çərşənbə , May 15 2024
Ana səhifə / Siyasət / Vahid Ələkbərova 1.2 milyardlıq zərbə – Hesabları donduruldu

Vahid Ələkbərova 1.2 milyardlıq zərbə – Hesabları donduruldu

Rumıniyanın Praxov məhkəməsi “LUKoil” və onun törəmə müəssisəsi olan “Petrotel”in aktivləri və hesablarının dondurulması şikayətinin yarısını təmin edib.

“ Azinforum.az ” xəbər verir ki, “Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da “Petrotel”in 642 mln. avro və “LUKoil Europe Holdings BV”-nin 542 mln. avrosuna həbs qoyulub. Qeyd edək ki, daha öncə bu şitkətlərin 2 mlrd. avroluq hesablarına həbs qoyulmuşdu. Məhkəmənin fikrincə, həbs qərarı bu şirkətlərdə çirkli pulların yuyulması və vergidən yayınma faktlarının araşdırılması səbəbi ilə verilib.

Qeyd edək ki, “LUKoil”un prezidenti Vahid Ələkbərov bu ilin iyulun 9-da Rumıniya prezidenti Klaus Yoxannisə onunla görüşmək arzusunda olması barədə məktub göndərib. Lakin bu görüş hələ də baş tutmayıb

Həmçinin oxuyun

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər. AzVision.az “Sputnik …

Bir cavab yazın