Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / General oğlunun dostu: Həmin mühafizəçi Tamerlanın anasına söyüb

General oğlunun dostu: Həmin mühafizəçi Tamerlanın anasına söyüb

“Onun yerinə kim olsa, bəlkə də eyni hərəkəti edərdi”.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin şok görüntülərini təqdim etmişdik.

Həmin görüntülərdə Tamerlanın aprelin 9-u, təxminən gecə saat 1-də Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə fəaliyyət göstərən “Senator” restoranında bir nəfəri bıçaqladığı görünür. Mətbuatda həmin şəxsin ofisiant olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, Tamerlan Əsədullayevin dostu Əhməd Nəbizadə Qaynar.info-ya verdiyi açıqlamasında mətbuatda yazılanların bir çoxunun həqiqəti əks etdirməyini söyləyib:

“Tamerlanı tanıyan bilir ki, o heç vaxt kiməsə ağır söz deməz. Kasıblara kömək edən oğlandır. O səbəbsiz yerə heç kimi bıçaqlamazdı. Birincisi, mətbuatda yazıldığı kimi həmin bıçaqlanan oğlan ofisiant deyil. O həmin restoranın mühafizəçisidir, vaxtı ilə güləşlə məşğul olub.

Sadəcə, Tamerlanın yanında olan qıza sataşıb. Daha sonra mübahisə vaxtı həmin mühafizəçi Tamerlanın anasına söyüb. Tamerlan isə 3 ildir ki, anasını itirib. Bu üzdən söyüşü eşidən kimi stress keçirib və özündə olmayıb. Onun yerinə kim olsa, bəlkə də eyni hərəkəti edərdi”.

Qeyd edək ki, Əhməd Nəbizadə hazırda Peşəkar Futbol Liqasının prezidenti olan Ramin Musayevin “Neftçi”də vitse-prezident olduğu dönəmdə həmin klubun mühafizə xidmətində işləyib.

Xatırladaq ki, bu cinayətə görə Tamerlan Əsədullayevə Yasamal Rayon Məhkəməsi tərəfindən 3 il şərti cəza hökmü verilib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın